Türkiyə Yunanıstandakı meşə yanğınları ilə bağlı Afinaya yardım təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, xarici işlər naziri Hakan Fidan Afina rəhbərliyinə Türkiyənin Yunanıstana mehriban qonşuluq münasibətləri çərçivəsində yardım etməyə hazır olduğu mesajını verib.
Yunan tərəfi təklifi dəyərləndirəcəklərini və lazım gələrsə Türkiyədən dəstək istəyəcəklərini bildirib.
Ağarza Elçinoğlu