"Transfermarkt" portalı yay fasiləsinin ən bahalı transferlərini açıqlayıb.
"Unikal" xəbər verir ki, ilk pellədə "Tottenhem"in yeni futbolçusu Dominik Solanki qərarlaşıb.
Hotspur təmsilçisi 26 yaşlı hücumçu üçün "Bornmut"a 66,5 milyon avroya alıb. "Lill"dən "Mançester Yunayted"ə keçən Leni Yoro isə ikinci pillədə mövqe tutub. Mançester təmsilçisi fransalı futbolçuya görə 62 milyon avro ödəyib.
"İlk 3-lüy"ü "Vulverhempton" klubundan "Çelsi"yə keçən Pedru Netu qapayıb. O, London təmsilçisinə 60 milyon avroya başa gəlib.