UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.

"Unikal"  xəbər verir ki, qiymətlər sektorlara görə 3, 5 və 10 və manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.