"Biz Rusiyanın həqiqətən Putinin rəhbərliyi altında necə hərəkət etdiyini görürük: 24 il əvvəl Kursk fəlakəti baş verdi - onun hakimiyyətinin simvolik başlanğıcı. İndi onun üçün finalın nə olduğu da aydındır. Yenə də Kursk".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video-müraciətində deyib.
"Kursk Putin müharibəsinin fəlakətidir. Bu, həmişə insanları və hər hansı qaydaları aşağılayanların başına gəlir. Rusiya başqalarına müharibə gətirdi, indi müharibə onun vətəninə qayıdır. Ukrayna həmişə yalnız sülh istəyib və biz bunu mütləq təmin edəcəyik", - deyə Zelenski çıxışında bildirib.
Nuranə Abbasova