Suriyanın qərbində baş verən zəlzələni İordaniya, Livanın şimalı və İsrail sakinləri də hiss ediblər.
"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, yeraltı təkanlar bir neçə saat davam edib.
Müxtəlif hesablamalara görə, maqnituda 5-5,5 bal arasında dəyişib. Zəif yeraltı təkanlar episentrdən 121 km aralıda Hələbdə hiss olunub.
Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 65 nəfər yüngül və orta dərəcəli xəsarətlər alıb. Binalara cüzi ziyan dəydiyi bildirilir.
Suriyanın Milli Zəlzələ Mərkəzinin məlumatına görə, müşahidə stansiyaları 13 təkan qeydə alıb.
*** 01:41
Suriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 94,8 min nəfərin yaşadığı Salamiya şəhərindən 4 kilometr qərbdə olub.
Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.