“TikTok” sosial şəbəkəsi Venesuela Prezidenti Nikolas Maduronu bir həftəlik yayım imkanından məhrum edib.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Maduro Venesuela Dövlət və Təhlükəsizlik şuralarının birgə iclasında bildirib.
"TikTok” mənim yayım imkanımı avqustun 19-dək dayandırdı", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 3-də Venesuela lideri bu sosial şəbəkəni ölkədə nifrətin qızışdırılmasında ittiham edib.