“İslahata ehtiyacı olan BMT Təhlükəsizlik Şurasının Afrika ölkələrinin zəkasına və məsuliyyət hissinə ehtiyacı var”.
"Unikal" xəbər verir ki, bunu Nyu-Yorkda dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin Baş katibi Lunes Maqraman deyib.
“Bugünkü görüş çoxlu sayda problemlərin beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirdiyi kontekstdə keçirilir. Mövcud vəziyyət aparıcı güclərin artan qütbləşməsi ilə xarakterizə olunur. Biz BMT-nin prioritetlərinin seçilməsində beynəlxalq hüququn aşınmasını, ikili standartlardan istifadəni və seçmə yanaşmanı görürük”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası demək olar ki, tamamilə iflic vəziyyətindədir: “Onun işi qüdrətli dövlətlərin maraqlarına uyğun həyata keçirilir. Nəticə etibarı ilə beynəlxalq ictimaiyyət münaqişələrdən sonra böhranın necə uzandığını və bunun genişlənməsini sükutla izləyir. Bu, böhranları effektiv idarə etməyi çətinləşdirir”.