Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-da keçirilən seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə yenidən anlaşacağına ümid etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bunu Tramp bazar ertəsi “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibədə deyib.

"Ümid edirəm ki, onunla yenidən anlaşacağıq. Bilirsiniz, onunla anlaşmaq pis deyil, yaxşı şey olardı", - deyə Tramp bildirib.

Qeyd edək ki, müsahibə “X”-də canlı olaraq yayımlanıb.