"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə yerli və xarici ali təhsil müəssisələrində təhsil alan tələbə şəhid övladları üçün Türkiyə Respublikasının Qaradəniz bölgəsində "Əmanətə Sədaqət" yay düşərgəsinə start verilib.
"Unikal" xəbər verir ki, 21 tələbə şəhid övladının iştirak etdiyi düşərgənin ilk günündə iştirakçılar Sumela Monastrını, Aya Sofiya Məscidini və Atatürk Köşkünü ziyarət ediblər.
Qeyd edək ki, 16 avqust tarixinədək davam edəcək düşərgə ərzində iştirakçılar karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə peşəkar təlimlərdə iştirak edəcəklər.