Son dövrlərdə hepatitə yoluxan şəxslərin sayı getdikcə artır. Müayinə olunmayan minlərlə insan xəstəliyindən xəbərsiz yaşayır və yoluxma mənbəyinə çevrilir.
"Unikal" bu xəstəliklə bağlı Diaqnoz Tibb Mərkəzinin Baş Həkimin Müalicə İşləri üzrə Müavini, Terapevt-Hepatoloq Dr. Tofiq Əkbərovun müsahibəsini təqdim edir.
Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Əgər iltihabi prosesin müddəti 6 aydan azdırsa kəskin, 6 aydan çoxdursa buna xroniki hepatit deyilir.
Adətən kəskin hepatitlər tam sağalma ilə nəticələnir. Bəzi hallarda isə xəstəlik xronik formaya keçir və illərlə davam edir nəticədə qaraciyər sirrozu və xərçəngi ilə nəticələnir.
Başlanğıc dövrdə hepatitli xəstələrin heç bir şikayəti olmur. İlkin əlamətlər qeyri spesifik olur ki, xəstələr çox vaxt digər ixtisas həkimlərinə müraciət edirlər. Simptomların intensivliyi hepatitin səbəbindən, pataloji prosesin aktivlik və müddətindən asılı olur.
Hepatitin əsas simptomları aşağıdakılardır.
1) Halsızlıq, tez yorulma
2) Dəri və sklerada olan sarılıq
3) Oynaq və əzələlərdə olan ağrılar
4) Iştah pozğunluğu
5) Ürək bulanma, qusma, qarında olan ağırlıq hissi
6) Subfebril temperatur
7) Köp, ümmu narahatçılıq
Hepatitin səbəbi müxtəlif səbəblər ola bilər. Hepatitlər infeksion və qeyri infeksion olmaqla 2qrupa bölünür. İnfeksion hepatitlər içərisində əsas yeri virus hepatitlər tutsa da, bununla yanaşı digər infeksion hepatitlər var ki, onları da bakteriya və parazitlər törədir.
Qeyri infeksion hepatitlərin səbəbindən asılı olaraq aşağıdakı növləri var:
1) Alkoqol hepatiti: Uzun müddət periodik olaraq alkoqullu içkilər qəbul edən insanlarda olur. Uzun müddət alkoqolun təsirindən qaraciyərdə maddələr mübadiləsi pozulur, hepatositin zədələnməsi ilə nəticələnir
2) Qeyri-alkoqol steatohepatiti- bu adətən alkoqol hepatitinə oxşasada xəstəliyin səbəbi alkaqol deyil. Bu adətən maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Ən çox piylənmə və şəkərli diabet xəstələrdə rast gəlinir.
3) Dərman mənşəli hepatit: Bəzi dərman maddələri vardır ki, onların uzun müddət və böyük dozada qəbulu zamanı qaraciyər hüceyrəsi zədələnir. Bu qrupa: antibiotiklər, vərəm əleyhinə dərmanlar , oral kontraseptivlər, psixiatrik dərmanlar, qıcolma əleyhinə olan preparatlar,antivirus dərmanlar aiddir
4) Toksik hepatit: bu adətən , fosforbirləşmələri zəhərli göbələklər,civə birləşmələri, benzol , fenol qurğuşun, müxtəlif kənd təsərrüfatlarında ziyanvericilərə qarşı istifadə olunan zəhərli dərmanlarla kontakt zamanı baş verir.
5) Autoimmun hepatit: Bu xəstəlik adətən irsi olur. Maddələr mübadiləsinin pozulması nəticəsində ( müxtəlif ferment və aktiv maddələrin irsi catışmamazlığı ) əmələ gələn bəzi maddələr qaraciyər və digər toxumalarda toparlanır və qaraciyər hüceyrəsinin zədələnməsinə səbəb olur. Məsələn: hemoxromatoz xəstəliyində bağırsaqdan Fe sorulması pozulur orqan və toxumalarda Fe toparlanması baş verir. Vilson konolov xəstəliyində seruloplazmın fermentinin çatışmamazlığı nəticəsində Cu müxtəlif orqan toxumalarda toparlanır.
6) Reaktiv hepatit: Orqanizmdə müxtəlif orqanların xəstəliyi zamanı ( pankreatit, mədə
-Son illər hepatitin müalicəsində irəliləyiş varmı?
- Son on ildə biz hepatit B və C-nin müalicəsi baxımından çox sürətli irəliləyişlərin şahidi olduq. Xüsusilə, Hepatit C hazırda 95 faizdən çox hallarda tam müalicə oluna bilən yeganə xroniki virus infeksiyasıdır. Demək olar ki, hazırda mövcud olan yeni dərmanlar, birbaşa təsir göstərən virusa qarşı dərmanlarla cəmi 12 həftə ərzində tam sağalmağa nail olmaq olar. Bu, hepatit C-ni tam məhv etməyə imkan verir. Həmin uğurlara baxmayaraq, əsas problem ondan ibarətdir ki, hepatit C ilə yaşayanların əksəriyyəti bu barədə bilmir, ona görə də hepatitlər haqqında məlumatlılığın, diaqnostika və müalicə imkanlarının artırılması vacibdir.
-Tofiq həkim, hepatitlərin müalicəsi varmı? Xəstəlikdən tam sağalmaq mümkündürmü?
-Əlbəttə ki, virus hepatitlərinin profilaktikasının əsas yolu vaksinasiyadır. Hazırda dünyada vaksinasiyanın iki növü mövcuddur: virus hepatiti A və virus hepatiti B-yə qarşı olan vaksinlər. B virus hepatitinə qarşı vaksinasiya peyvəndlər təqviminə daxil edilir və insanları vaxtında peyvəndlərə dəvət edir.
Hepatitin profilaktikası üçün vaksinasiya mütləqdir. Yenidoğulmuşlara ilk vaksinlər elə doğum evlərində vurulur, sonradan isə 55 yaşa qədər vaksinasiya üçün tibb müəssisələrinə müraciət etmək lazımdır. Vaxtında həkim müdaxiləsi olmazsa, müalicə alınmazsa, yeganə yol olan qaraciyərin transplantasiyasına qərar verilir.
– Xəstəliyin yaşdan asılılığı necədir? Hansı yaşda müalicə daha çətindir?
– Xəstə cavandırsa, onda fəsadlar daha çox olacaq. Çünki cavan orqanizmdə metabolizm yaxşı gedir. Yaşlı orqanizmdə isə fəsadlar gec başlayır və 50-60 yaşlı xəstənin bədənində bu xəstəlik özünü elə gec göstərir ki, onu müalicə etməsəniz də olar.
İnsanlara risk qruplarını təyin etməyi, vaxtında müayinələrdən keçməyi tövsiyə edirəm.