Fələstin-İsrail münaqişəsi zamanı Qəzza zolağında 564 məktəbdən ən azı 477-si atəşə tutulub və dağıdılıb.
"Unikal" xəbər verir ki, müvafiq sənəd avqustun 12-də BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) saytında dərc olunub.
Məlumata görə, 344 təhsil müəssisəsi birbaşa vurulub, daha 133-ü isə yaxınlıqdakı ərazilərdə döyüşlər zamanı zərər çəkib.
Gülayə Mecid