Göygöldə ayı kəndə hücum edib.
"Unikal"ın yerli bürosunun məlumatına görə, gecə saatlarında ayı rayonun Toğanalı kəndinə girib. Bu barədə kəndə istirahətdə olan Gəncə sakini Rövşən Əmiraslanov bildirib. O qeyd edib ki, dünən gecə saat 23:15 radələrində qəflətən bir səs eşidib:
"Əvvəlcə həyətin qapısının bir tayının yerə düşdüyünü gördüm. Sonra həyəti gəzdim, nəyin baş verdiyini bilmək istədim və az sonra ayı ilə üz-üzə gəldim. Aydın oldu ki, qapını ayı çərçivədən çıxarıb həyətə daxil olub. 10-12 saniyə dayandıqdan sonra ayının geri dönüb, qonşunun həyətinə keçdiyini müşahidə etdim".
Xatırladaq ki, ötən ildə Toğanlı kəndinə ayılar hücüm etmişdi. Həmin vaxt kənd sakinləri arasında xəsarət alan olmayıb.
Tural Əhmədov