Çin Tayvana 22 döyüş təyyarəsi, o cümlədən ən son J-16 çoxməqsədli zərbə qırıcıları və KJ-500 uzaq mənzilli radar aşkarlama və nəzarət təyyarəsi göndərib.
"Unikal" xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, 16 təyyarə, materik və ada arasındakı qeyri-rəsmi sərhəd olan Tayvan boğazının median xəttini keçərək, adanın demək olar ki, hər yerindən Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.