Türkiyənin Sivas şəhərində 4,1 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələnin ocağı 9,7 km dərinlikdə qeydə alınıb.