“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan "Azercell" 90-dan çox ölkədə fəaliyyət göstərən 210-dan çox operatorun şəbəkəsində müxtəlif həcmli sərfəli rouminq internet paketlərini təklif edir.
"Unikal" xəbər verir ki, ən böyük məhsul portfeli: Lider mobil operator yerli telekommunikasiya bazarında rouminq internet paketləri üzrə ən böyük məhsul portfelinə sahibdir.
Belə ki, "Azercell" abunəçiləri 100 MB həcmində günlük, 400 MB həcmində 3 günlük, 1 GB həcmində 14 günlük və 3GB həcmində 30 günlük internet paketlərindən yararlana bilərlər. "Azercell"in korporativ abunəçiləri həmçinin istifadə müddəti 30 gün olan 10 GB-lıq paketdən də faydalanmaq imkanına malikdirlər.
Rahat və sadə istifadə qaydası: Paketlərin sifariş qaydası çox rahat və sadədir. Belə ki, rouminq internet paketlərini SMS, USSD kod və “Azercell” tətbiqi vasitəsilə aktivləşdirmək mümkündür. Ən əsası isə istifadə zamanı hesablama avtomatik olaraq paketin dəstəklədiyi şəbəkədən aparılır və telefonun ayarlarında prioritet operatorun seçilməsinə ehtiyac qalmır. Ətraflı: Rouminq internet paketləri
“Premium” tariflərinin abunəçilərinə isə seçdikləri tarif paketdən asılı olaraq hər ay 1GB, 2GB və ya 3GB həcmində rouminq internet paketi hədiyyə edilir. Ətraflı: Premium
"Azercell"in bütün rouminq internet paketləri çərçivəsində səyahət zamanı WhatsApp-da yazışma ilə yanaşı, “Azercell” tətbiqi, Azercell-in rəsmi saytı və canlı çatdan (Live chat) pulsuz istifadə etmək mümkündür.
Qeyd edək ki, ümumilikdə "Azercell"in rouminq xidmətindən mobil operatorun 165-dən çox ölkədə əməkdaşlıq etdiyi 390-dan çox operatorun şəbəkəsinə qoşularaq yararlanmaq olar.