Husilər Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) Sənadakı ofisinə nəzarəti ələ keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə BQXK-nın rəhbəri Volker Türk avqustun 13-də açıqlamasında bildirib.
Onun sözlərinə görə, qruplaşma oradakı sənədləri və nəqliyyat vasitələrini müsadirə ediblər: "BMT ofisinə icazəsiz daxil olmaq, sənədləri və əmlakı zorla ələ keçirmək BMT-nin imtiyaz və immunitetlərinə tamamilə ziddir. Bu, həm də BMT-nin öz mandatını, o cümlədən mənim ofisimin müdafiə etməyə çağırdığı insan hüquqlarının təşviqi və müdafiəsini həyata keçirmək qabiliyyətinə ciddi hücumdur".
Türk qeyd edib ki, bu vəziyyət avqustun 3-də baş verib, BMT əməkdaşları sənədləri, avtomobilləri və ofis açarlarını təhvil verməyə məcbur olublar.
Ağarza Elçinoğlu