HƏMAS-ın hərbi qanadı Təl-Əvivə və ətrafına iki raket atıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumat hərəkatın rəsmi "Telegram" kanalında yayılıb.
İsrail ordusunun Qalei İDF radiosu bildirir ki, raketlərdən biri dənizə düşüb, ikincisi isə İsrailin hava məkanını keçməyib.
Təl-Əviv sakinləri partlayış səslərini eşidiblər. İtkilər barədə məlumat verilmir.