"Fiorentina" heyətinə yeni futbolçu qatıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. A seriyası təmsilçisi "Reyms"in yarımmüdafiəçisi Amir Riçardsonu transfer edib.

22 yaşlı mərakeşli ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. 

Qeyd edək ki, ötən mövsüm Riçardson Fransa çempionatında 28 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini verib.