“Aralarında nazirlərlərin də olduğu yüzlərlə radikal israillinin polisin himayəsi altında Əl-Əqsaya basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır və bölgəmizdə gərginliyi daha da artıracaq”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
“Bu təxribatçı hərəkət İsrail tərəfinin sülhə nail olmaq niyyətində olmadığını bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyət İsrail hökumətinin Qəzzada törətdiyi vəhşilikləri dayandırmaq və bütün regionumuzun sabitliyini hədəf alan bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, - deyə bəyanatda vurğulanıb.