Ermənistan Xarici İşlər Nazirliyi 44 günlük müharibədən sonra Rusiya ilə imzalanmış Gorus-Qafan avtomobil yolunda sərhəd nəzarəti ilə bağlı sənədin mövcudluğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Avqustun 1-də Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi Zvartnots keçid məntəqəsində dövlət sərhədinin mühafizəsini dayandırıb və öz bölmələrini, o cümlədən Gorus-Qafan-Çakaten bölməsini Zəngəzurdan çıxarmağa başlayıb. Bu qərar 2024-cü il martın 1-də Ermənistan tərəfinin müraciətindən sonra qəbul edilib.
“Oxşar sənəd Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında imzalanıb”, - deyə idarədən bildirilib.
Lakin Xarici İşlər Nazirliyi sənədin özünü təqdim etməyib, buna əsas kimi sənədin onlarda olmadığını göstərib.