Niderlandın PSV futbol klubu İngiltərə “Liverpul”unun 22 yaşlı mərkəz müdafiəçisi Sepp van den Berqin transferindən imtina edib.
“Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Eyndhoven təmsilçisi “qırmızılar”ın müdafiəçi üçün tələb etdiyi 20 milyon ödəmək iqtidarında deyil.
Nəşr bildirib ki, “Liverpul” rəhbərliyi heyətdəki mübhəm duruma görə gənc futbolçu haqqında qərar verməyə tələsmir.
Niderland nəşri müdafiəçinin Almaniyanın “Maints”, “Ştutqart”, “Hoffenhaym”, “Wolfsburq” və hətta “Bayer 04”ün müşahidəsi altında olduğunu iddia edib.
Xatırladaq ki, 2019-cu ildə Mersisayd komandasına keçən Sepp van den Berq 2021-ci ildən cari ilin yaz sonunadək ardıcıl olaraq “Preston Nort End” (İngiltərə), “Şalke”, “Maynts”da (hər ikisi Almaniya) icarə əsasında çıxış edib. “Qırmızılar”ın heyətində isə cəmi dörd rəsmi oyunda iştirak edib ki, bu da 2019/2020 mövsümünün yerli kubok oyunlarına təsadüf edib.