Malatyanın Akçadağ rayonunda sərnişin avtobusu aşıb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bodrumdan Van istiqamətində hərəkət edən avtobus məlum olmayan səbəbdən dərəyə aşıb. 

Ətrafdakıların xəbəri üzərinə qəza yerinə 112 Təcili Sağlamlıq, polis, jandarma və xilasetmə qrupları sövq edilib. 

Qəzada 3-ü ağır olmaqla 14 nəfər xəsarət alıb.