2024-cü ilin yanvar-iyul aylarında 22 300-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin edilib.
Bu barədə "Unikal"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 62,4%-ni kişilər, 37,6%-ni isə qadınlar təşkil edib.