San-Fransisko Kaliforniya Universitetinin tədqiqatçıları vitamin və minerallarla zəngin olan pəhrizlərin, şəkərin az istehlakı və gənc bioloji yaş arasında əlaqəni müəyyənləşdiriblər.
"Unikal" xəbər verir ki, alimlər sağlam qidalanmanın üç fərqli göstəricisinin "epigenetik saata" necə təsir etdiyini - sağlamlıq və ömür müddətini təxminən müəyyən edən biokimyəvi testi izləyərək insanlar nə qədər yaxşı yesələr, hüceyrələrin bir o qədər gənc göründüyünü müəyyən ediblər.
İnsan sağlam qidalansa belə, istehlak etdiyi hər qram əlavə şəkərin epigenetik yaşının artması ilə əlaqələndirilib.
Bildirilib ki, yüksək şəkər qəbulu pis xəstəliklərə və erkən yaşlanmaya səbəb olur.
ABŞ alimləri, həmçinin, böyüklərin gündə 50 qramdan çox şəkər qəbul etməməsini tövsiyə edib.
Zərifə Nağıyeva