Rusiyanın Leninqrad vilayətində Azərbaycan vətəndaşı qətlə yetirilib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Vsevolojsk rayonunda baş verib. Belə ki, 43 yaşlı azərbaycanlı naməlum şəxslə mübahisə edib. Bu zaman tapançadan açılan atəş zamanı azərbaycanlı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"Bundan sonra hücum edən şəxs hadisə yerindən qaçıb, zərərçəkmiş 43 yaşlı, miqrasiya qeydiyyatında olan Azərbaycan Respublikası vətəndaşı isə xəstəxanaya yerləşdirilib. Əcnəbiyə sol bud nahiyəsindən güllə yarası, kəskin qan itkisi və 3-cü dərəcəli şok diaqnozu qoyulub. Həkimlər zərərçəkənin həyatı üçün mübarizə aparsalar da, avqustun 14-də gecə saat iki radələrində o, dünyasını dəyişib", - KİV-də qeyd olunub.
Hazırda atəş açan şəxs axtarılır. Faktla bağlı cinayət işi açılıb.
Qətlə yetirilən Azərbaycan vətəndaşının adı isə açıqlanmayıb.
Gülayə Mecid