Kanadanın Şimal qütbünə yaxın bölgələrindən biri olan Nunavutda radar stansiyasında işləyən bir şəxs iki qütb ayısının hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, Kanada Hökumət adından radar müdafiə saytlarını idarə edən şirkətdən verilən açıqlamaya görə, Nunavut bölgəsindəki Brevoort adasında radar stansiyasında çalışan işçi iki qütb ayısının hücumuna məruz qalıb və aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Açıqlamada digər əməkdaşların hadisə yerinə gələrək ayılardan birini öldürdüyü bildirilib.
Kanada hökumətinin məlumatına görə, ölkədə təxminən 17 min ağ ayı var. Bu rəqəm növün dünya üzərində olan sayının təxminən üçdə ikisini təşkil edir.
Zərifə Nağıyeva