"Azərbaycan öz imicini və beynəlxalq nüfuzunu yüksək saxlamaq üçün yenidən sövdələşməyə gedə və müəyyən sayda məhbusu azad edə bilər".
"Unikal" xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə erməni mütəxəssis Siranuş Saakyan deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Qarabağın hazırda həbsdə olan separatçı hərbi-siyasi rəhbərliyi üçün başqa planlar var: "Biz realist olmalıyıq. Hesab edirəm ki, Artsaxın hərbi-siyasi rəhbərliyinin üzvləri azad olunanların arasında olmayacaq. Amma Azərbaycanın öz reytinqini saxlamaq üçün müəyyən sayda ermənini azad edəcəyi ilə bağlı müsbət proqnoz var.
Artsaxın hərbi-siyasi rəhbərliyinin qiyməti daha yüksəkdir və Bakının bu şəxslərin saxlanması üçün başqa planları var. Bu planlar tam həyata keçirilməyənə qədər onlar geri qaytarılmayacaq".
Ağarza Elçinoğlu