Rusiyanın Kursk vilayətində raket təhlükəsi elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Əhali dəhliz, hamam, anbar kimi möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmağa çağırılıb. Raket hücumu elan edilən zaman vətəndaşlar küçədə olarsa, ən yaxın binaya girməli və ya uyğun sığınacaq tapmalıdırlar", - məlumatda qeyd olunub.
Qeyd edək ki, avqustun 6-dan etibarən Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücum edib. Hazırda vilayətdə döyüşlər gedir.
Gülayə Mecid