"Ukrayna Rusiyaya hücum planlarını Kursku vurana qədər Qərbdən gizli saxladı".
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşr öz mənbələrinə istinad edərək yazır ki, Ukraynanın qərbli müttəfiqləri onun Kursk bölgəsinə hücumunun təfərrüatlarını tam sürətlə davam edənə qədər bilmirdilər.
Ukraynalılar avqustun 6-da Rusiyaya qurudan hücuma başlayıblar. Hücum Ukraynanın Qərb tərəfdaşlarına da təsir edib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, onun qoşunları Rusiyanın Kursk vilayətindəki 74 yaşayış məntəqəsinə nəzarət edir, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski isə Ukraynanın təxminən 600 kvadrat kilometr əraziyə sahib olduğunu açıqlayıb.
Bu arada, Rusiya Federasiyasının Kursk və Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətinin qubernatoru fövqəladə vəziyyət elan edib.
Gülayə Mecid