Banqladeşin müvəqqəti hökumətindəki Xarici İşlər Nazirliyi bir sıra ölkələrdən səfirlərini geri çağırıb.
“Unikal" xəbər verir ki, bu barədə UNB informasiya portalı məlumat yayıb.
Məlumata görə, qərar Rusiya, Almaniya, Maldiv adaları, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Yaponiyadakı səfirlərə aiddir.
Qeyd olunur ki, yaxın vaxtlarda bu ölkələrə yeni diplomatik nümayəndələr göndəriləcək.