Şimali Koreya lideri Kim Çen In Koreyanın azad edilməsinin 79-cu ildönümü münasibətilə Rusiya prezidenti Vladimir Putinə göndərdiyi teleqramda Moskvanın “sülh və ədalət uğrunda müqəddəs müharibədə” qalib gələcəyinə əminliyini ifadə edib.
"Unikal" xəbər verir ki, teleqramın mətni Koreya Mərkəzi Teleqraf Agentliyinin saytında yerləşdirilib.
“Rusiya xalqı Putinin enerjili rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək”, - Kim Çen In vurğulayıb.