Litva hakimiyyəti avqustun 16-dan Belarusda qeydiyyatda olan avtomobillərin Baltikyanı respublikaya daxil olmasını qadağan edir.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Belarus Dövlət Gömrük Komitəsi verib.
Həmçinin rəsmi Vilnüs tələb edir ki, Litva ərazisində yerləşən bütün Belarus avtomobilləri 2025-ci il yanvarın 18-dək ölkə ərazisini tərk etsin.