Şəki rayonu Baş Göynük kəndindi ərazisində minik avtomobili ağaca çırpılıb.

"Unikal" xəbər verir ki, 1991-ci il təvəllüdlü Taleh Mustafa oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib nəticədə avtomobil yoldan çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü Taleh Mustafa oğlu, onun sərnişinləri  1995-ci il təvəllüdlü Hacıəliyev Asim Bəxtiyar oğlu,1990-cı il təvəllüdlü Ağasıyev Elzamin Qüdrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alataq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli