Yaxın Şərqdə regional müharibə qorxusu artdıqca, İran və "Hizbullah"ın İsrailin yüksək rütbəli rəsmilərinə sui-qəsd təşkil edə biləcəyi iddia edilir.
"Unikal" "Yediot Aharonot" qəzetinə istinadən xəbər verir ki, İran və "Hizbullah"ın yüksək səviyyəli şəxslərə sui-qəsd cəhdi ola biləcəyi iddiası dünən toplanan İsrail Təhlükəsizlik Kabinetində gündəmə gətirilib. Təhlükəsizlik Kabinetinin iclasında iyulun 30-da Livanın paytaxtı Beyrutda və iyulun 31-də İranın paytaxtı Tehranda həyata keçirilən sui-qəsdlərə görə İran və "Hizbullah"ın mümkün cavab tədbirləri müzakirə edilib.
Mütəffiqlərin cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etmək əvəzinə, İsrail nazirlərinə, millət vəkillərinə, hərbi və kəşfiyyat birliklərinin rəsmilərinə sui-qəsd cəhdi ola biləcəyi qiymətləndirilib.
Yüksək səviyyəli təhlükəsizlik rəsmiləri İsrail nazirlərinə “İran və Hizbullah sui-qəsd cəhdinə cəhd edə bilər” xəbərdarlığını edib. İyulun 30-da İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava hücumunda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükür həlak olub. Bu hücumdan bir neçə saat sonra HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.
İran və HƏMAS Haniyənin öldürülməsinin arxasında İsrailin olduğunu bildirsə də, Tehran hücuma cavab verəcəyini açıqlayıb.
Gülayə Mecid