Bir qrup silahlı şəxs satirik videoları və yerli hakimiyyəti ictimai tənqid etməsi ilə tanınan pakistanlı blogger Aun Əli Xosunu qaçırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Pakistan" yazıb.
Blogger Əli Şer Xosanın qardaşı oğurluq barədə məlumat verib. Onun sözlərinə görə, Xosunu Lahordakı mənzilindən silahlı şəxslər aparıblar və o vaxtdan onun harada olduğu məlum deyil. İtkin düşən bloggerin yaxınları vəziyyətə ictimaiyyətin diqqətini cəlb etmək istəyirlər. Onların fikrincə, bu Aun Əli Xosanı evə gətirməyə kömək edəcək.
Pakistanın “MM News” nəşrinin məlumatına görə, son vaxtlar ölkədə məşhur fəalların oğurlanması halları daha tez-tez baş verir.