Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.
Deyr əl-Balah şəhərində peyvənd olunmamış 10 aylıq körpə bu xəstəliyə yoluxub.
Onun analizləri tədqiqat üçün Əmmana göndərilib və burada diaqnoz təsdiqini tapıb.