HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu Əbdüssalam Həniyə, atasının öldürülməsində istifadə edilən idarə olunan raketin mobil telefon siqnallarının izlənilməsi ilə idarə olunduğunu bildirib.
"Unikal" xəbər verir ki, oğul Haniyə bunu “əl-Ərəbiyyə”də dərc olunan xəbərdə sui-qəsdlə bağlı açıqlaması zamanı deyib.
Haniyə atasının ölümünə heç bir bomba qurğusunun səbəb olduğunu düşünmədiyini deyərək sözlərinə belə davam edib: “Mühafizəçilər və digər məsləhətçilər atamın otağından cəmi bir neçə metr aralıda oturmuşdular. Ona görə də bir partlayış olarsa bütün binanın partlayacağı aydın idi. Məncə otaqda bomba olması ilə bağlı şayiələr tamamilə əsassızdır”.