Türkiyənin Manisa şəhərində meşə yanğını qeydə alınıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hasından etdiyi paylaşımda şəhərin Gördes və Salihli bölgələrində çıxan yanğınlara müdaxilə edildiyini bildirib.
Qeyd edək ki, 1440 vətəndaş yanğının yaşayış yerlərini təhlükəyə atması səbəbi ilə təxliyyə edilib.
Fidan Nuriyeva