Meymunçiçəyi virusunun yeni ştamının yayılmasının qarşısını almaq üçün Afrikaya daha çox diaqnostik dəstlər, müalicə metodları və peyvəndlər göndərilməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Bronvin Nikol bildirib.
Onun sözlərinə görə, bütün qitədə kəskin test və peyvənd çatışmazlığı hiss olunur ki, bu da yoluxma hallarının artmasının qarşısını almağı ciddi şəkildə çətinləşdirir.