Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanması beş dənizyanı ölkə arasında danışıqların əsasını təşkil edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib.
Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan verəcək.