Belarus prezidenti Aleksandr Lukaşenko etiraz aksiyaları ilə bağlı cinayətlərə görə məhkum olunmuş 30 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə respublika başçısının rəsmi saytında məlumat verilib.
Əfv olunanlar arasında 14 qadın və 16 kişi var. Bildirilir ki, onların arasında ağır xəstəlikləri olan və pensiya yaşına çatmış vətəndaşlar var. Əfv olunan məhbusların adları açıqlanmayıb.