Avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***09:29

Xaçmaz rayonunda ata və oğlu davada bıcaqlanıb.

"Unikal"ın məlumatına görə, rayonun Nabran kəndində, Köhnə-Xudat kənd sakinləri 1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.

C.Məmmədrəhimov aldığı xəsarətlərdən yerindəcə ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, onları aralarında yaranan mübahisə zamanı tanıdıqları şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca