Tovuzda 90 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Unikal"ın məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb.
Belə ki,həmin ünvanda yaşayan 1934-cü il təvəllüdlü Zərnə Məmmədovanın evdə ürəyi tutub, yıxılıb.
Qonşular yaşlı qadından xəbər olmadığı üçün Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat veriblər. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olublar, 1934-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Tural Əhmədov