Türkiyənin İzmir, Aydın, Bolu, Muğla və Manisa bölgəsində meşə yanğınları tüğyan edir.
"Unikal" xəbər verir ki, baş verən meşə yanğınları ilə bağlı Afət və Fövqəladə Hallar İdarəsi (AFAD) açıqlama verib.
Açıqlamada, bu vilayətlərdə davam edən yanğınsöndürmə işlərində 90 təyyarə, 4 min 717 personal və 1218 nəqliyyat vasitəsinin iştirak etdiyi bildirilib. Bildirilib ki, ehtiyat tədbiri olaraq ümumilikdə 3 min 583 vətəndaş təhlükəsiz bölgələrə təxliyə edilib.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı İzmirin Karşıyaka mahalına bağlı Yamanlar Karatəpədə meşəlik ərazidə ötən axşam başlayan və güclənən yanğınla bağlı açıqlama verib. Yumaklı açıqlamasında İzmirdə meşə yanğınının səbəbinin insanların piknik üçün ocaq yandırması olduğunu bildirib.
Yumaklı, İzmirdəki yanğınlarla əlaqədar 3 nəfərin tutulması üçün işlərin davam etdiyini, Ödəmişdə 2, Boluda isə 4 nəfərin nəzarətə alındığını açıqlayıb.