İsrailin Livana hava hücumunda daha bir "Hizbullah" komandiri öldürülüb.
"Unikal" xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusuna məxsus təyyarə Livanın cənubundakı Sur şəhərinin şərqində yerləşən Kadmus qəsəbəsində hərəkət edən motosikleti vurub.
Hücum nəticəsində 1 nəfərin öldüyü, hadisə yerinə təcili yardım maşınlarının göndərildiyi qeyd edilib. Ölən şəxsin "Hizbullah"ın hərbi qanadı Rıdvan Gücü komandirlərindən Hüseyn İbrahim Kassib olduğu bildirilib.