Livanın Baş naziri Naguib Mikati ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, İsrail ordusunun Livanın cənubunda 10 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra baş tutan görüşdə ölkənin cənubunda baş verənlər müzakirə edilib.
Mikati Livanın cənubundakı kənd və qəsəbələrə ölümlərə və böyük dağıntılara səbəb olan hücumlarını dayandırması üçün İsrailə təzyiq göstərilməsini istəyib.
Livanın baş naziri zorakılıq spiralının arzuolunmaz nəticələrə gətirib çıxaracaq gərginliyə səbəb olacağından narahatlığını ifadə edib.
Britaniyanın xarici işlər naziri Lammi gərginliyi azaltmaq üçün diplomatik təmasları artıracağını vurğulayıb.
Xatırladaq ki, ötən gün İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nabatieh əyalətindəki Kefur Boçidə metal fabrikinə təşkil etdiyi hücumda 2-si uşaq olmaqla 10 Suriya vətəndaşı həyatını itirib.