Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarından 24 saat ərzində 1700-dən çox insan təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, son 24 saat ərzində vilayətin sərhədyanı dörd rayonundan sakinlərin təxliyəsi tədbirləri həyata keçirilib.
“1,7 mindən çox insan müstəqil və mütəşəkkil kolonlarda təhlükəsiz ərazilərə yola düşüb”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Rusiyanın 24 regionunda 174 müvəqqəti yerləşdirmə mərkəzində 3 mini uşaq olmaqla 10 minə yaxın insan var.