Donald Tramp seçki təşviqatı davam edərkən Demokratlardan olan rəqibi Kamala Harrisin iqtisadi siyasətini “kommunizm” adlandırıb.
"Unikal" xəbər verir ki, Tramp Harrisi ,həmçinin,"gözəlliyi" ilə bağlı tənqid edərək, ondan "daha yaxşı göründüyünü" iddia edib.
Belə ki, o, Pensilvaniyada keçirdiyi mitinqdə Harrisin elan etdiyi iqtisadi siyasətləri "Sovet İttifaqının iqtisadi sistemi" ilə müqayisə edib.
Tramp, "Kamala çıxışında tam bir kommunist kimi idi. Yoldaş Kamala sosialist qiymət nəzarətini həyata keçirmək istədiyini açıqlayıb. Bunun daha əvvəl heç vaxt işləmədiyini görmüsünüz",- deyə bildirib.
O, hal-hazırda vitse-prezident olan Harrisin öz partiyası daxilində tənqidlərə məruz qaldıqdan sonra geri çəkilən prezident Co Baydenin yerinə namizəd olmasını da "zərbə" kimi qiymətləndirib.
"Co Bayden ona nifrət edir. Bu, bir başçının devrilməsi idi", - deyə vurğulayıb.
Tramp, həmçinin, "Time" jurnalının üz qabığında Harrisin olmasını da gündəminə daxil edib və rəqibinə qarşı sərt ifadələr işlədib. Jurnalın üz qabığı ilə bağlı "Çoxlu fotolar çəkdilər, amma nəticə vermədi, ona görə də bir rəssam tutdular" deyən Tramp, "Mən Kamaladan çox daha yaxşı görünürəm" ,- deyə qeyd edib.
Zərifə Nağıyeva