SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "Qarabağ əcnəbi tələbələrin gözündə" adlı tədbir keçirilib. Tədbir BANM-ın ev sahibliyi, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
"Unikal" xəbər verir ki, Azərbaycan universitetlərində təhsil alan 30 əcnəbi tələbəyə Qarabağ tarixi, bölgənin ictimai-siyasi mənzərəsi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib.
Bundan başqa, mədəniyyətlərarası anlaşmanın təşviqi və “Böyük Qayıdış” ilə bağlı geniş müzakirələr aparılıb. Ali Məktəbin Tədbirlərin və sərgilərin təşkili şöbəsinin Tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi tarixi həqiqətlər barədə çıxış edib.
Layihənin meneceri isə BANM-ın Beynəlxalq əlaqələr şöbəsinin böyük metodisti Şəfəq Vəliyevadır.
Sonda tələbələrə sertifikatlar təqdim olunub.