Türkiyənin Manisa şəhərində 6 gündür davam edən meşə yanğını zaman Karayakup kəndində olanlarla ev külə dönüb.
"Unikal" xəbər verir ki, yanğın kəndin qəbiristanlığına da çatıb, bəzi məzarlar tamamilə yanıb. Qəbiristanlıqdakı yanğını söndürməyə gələn qurumlar isə gördükləri mənzərə qarşısında heyrətə düşüblər. Belə ki, yanğın bütün məzarladra ciddi ziyan vurarkən, yalnız şəhidin məzarı və onun üstündəki türk bayrağı zərər görməyib.
Məlum olub ki, alovların zərər verə bilmədiyi yeganə məzar 2010-cu ildə şəhid olan əsgər Halil İbrahim Ertaşa aiddir. Kənddə yaşayan şəhid ailəsinin yanğınlara görə İzmirə köçdüyü bildirilib.
Hadisə Türkiyə mətbuatında gündəm mövzusuna çevrilib. Qeyd edək ki, buna oxşar hadisələr ötən ildə baş vermişdi.
Gülayə Mecid